"O, heç bir şey olmasa, başına tikiş qoydurmaz" - VİDEO

“Beşiktaş”ın qapıçısı Şenol Günəşin “Fənərbağça” ilə kubok matçında başının yarılması haqda söz-söhbətlər Türkiyədə bitmək bilmir.

 

Sportinfo.az xəbər verir ki, xüsusən “Fənərbaxça” camiəsinin və bu kluba yaxın insanların Şenol Günəşin simulyasiyaya əl atmasını bildirməsi müzakirələrə səbəb olub.

 

Hətta məsələyə xəstəxanada ona ilk yardımı göstərən həkim Yunus Aydın da münasibət bildirməli olub: “Orda ciddi bir şeyin olması mümkün deyil.

 

Yəni həyati baxımdan ciddi bir şey yox idi. Sadəcə, kəsik vardı. Bu, fotolarda bəlli olur. Amma kəsik dərinin saç olan hissəsində idi. Beş ədəd də stepler vardı”.

 

O, stepler tikişinin xəstəxanada qoyulmadığını, ilk müdaxilənin stadionda edildiyini bildirib: “Tikişi həkim Sarpər bəy (Sarpər Çətinkayanı nəzərdə tutur) atıb. Mən bunu beyin cərrahiyyəsi yönündən dəyərləndirdim. Normal bir dəriyə tikiş atmaq... Bunu məşqçi edə bilərmi deyə düşünə bilmirəm.

 

“Başında heç bir şey yoxdur. Mən sənə ssenari üçün stepler atıram” desəm, qəbul edərsənmi? Mən qəbul etmərəm. Şenol hoca da bunu etməz. Onu tanıyıram. Başında heç bir şey olmamışkən, başına tikiş qoydurmaz”.

 

Şenol Günəşin həmyerlisi olan və onu əvvəllər belindən əməliyyat etmiş professor Yunus Aydın onu da qeyd edib ki, onun başında yara olub və saçının içərisindəki dəridə qan görüb.

 

Tarix: 26 Aprel 09:48    Oxunub: 482    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.