"Yoxsa başımızı itirərik"

"Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a səfərdə 2:5 hesabıyla uduzduqları oyun haqda açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, mütəxəssis oyunun ilk 20 dəqiqəsində yaxşı oynadıqlarını bildirib:

 

"İlk 20 dəqiqədə sistemli şəkildə oynadıq. Hətta daha əla. Sonra isə meydanda üstünlüyümüzü itirdik və çox sadə top itkiləri etdik".

 

İtaliyalı çalışdırıcı geri dönüşə inandıqlarını deyib: "Əgər bir şeyi edəcəyinizə inanmırsızsa, buna başlamamalısız.

 

Ancaq "Barselona" ilə oyundandan da tez-tez danışmamalıyıq. Yoxsa başımızı itirərik. "Barselona" ilə ilk oyundan sonra bildirmişdim ki, şanslarımız var. İndi də deyirəm ki, geri dönüş edə bilərik. Cavab matçında tam fərqli "Roma" izləyəcəksiniz".

Tarix: 26 Aprel 09:36    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.