"Real"ın səhvlərindən faydalanmaq məcburiyyətindəyik"

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinalında "Real"la qarşılaşacaqları oyunları dəyərləndirib.

 

Sportinfo.az xəbər verir ki, Madrid klubunun transfer hədəfində olduğu iddia olunan Robert Levandovski cütün favoritinin "Real" olduğunu etiraf etib:

 

"Çempionlar Liqasında iki dəfə ardıcıl qalib olan komandanın favorit olduğu açıqdır. Ancaq bu, bizi dəqiq 100 faiz məğlub edəcəkləri anlamına gəlmir.

 

Son oyunlarda yaxşı vəziyyətdə olduğumuzu göstərdik. Artıq sadəcə, "Real"a diqqət yetirməli və tamamilə oyuna köklənməliyik. Rəqibin səhvlərindən faydalanmaq məcburiyyətindəyik".

 

Levandovski "Real"ın bu mövsüm ÇL-də 15 qol vuran Kriştiano Ronaldodan ibarət olmadığını deyib: "Bu il yaxşı müdafiə olunuruq. Ümid edirəm ki, onu dayandırarıq, amma "Real" tək Ronaldodan ibarət deyil".

 

"Bavariya" ilə 2021-ci ilədək müqaviləsi olan 29 yaşlı polşalı forvard bu mövsüm 43 oyunda 39 qol vurub və 4 assist edib.

Tarix: 25 Aprel 20:00    Oxunub: 390    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.