"ShamkirChess 2018": Şəhriyar və Teymur görüşlərini heç-heçə ilə başa vurdu

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VI turun daha bir görüşü başa çatıb. 

 

Sportinfo.az xəbər verir ki, Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib.

 

Qarşılaşma 46-cı gedişdən sonra "sülh"lə bitib. Daha əvvəl Şəhriyar Məmmədyarov çinli Dinq Lirenle xalı yarı bölüb. Eyni nəticə Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) görüşündə də qeydə alınıb.

 

Hollandiya təmsilçisi Aniş Giri isə çexiyalı David Navaranı məğlub edib.  Teymur Rəcəbov keçirdiyi bütün görüşləri heç-heçə başa vurub.

Tarix: 25 Aprel 19:12    Oxunub: 423    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.