Meydana hücum çəkən fanatlarla stadion işçiləri arasında dava - VİDEO

Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə ölkə kubokunun yarımfinal matçında insident baş verib.

 

Sportinfo.az xəbər verir ki, “Fri Steyt Stars”ı qəbul edən “Kayze Çifs”in 0:2 hesab ilə uduzması ev sahiblərinin azarkeşlərini qəzəbləndirib.

 

Meydana hücum çəkən fanatlarla stadion işçiləri arasında dava düşüb. Bundan qorxuya düşən futbolçular paltardəyişmə otağına qaçmalı olublar və polis nəzarəti altında stadionu tərk ediblər.

 

Polis azarkeşlərin qarşısını almaq üçün səs bombalarından və gözyaşardıcı qazdan istifadə etməli olub. İnsident nəticəsində 18 nəfər xəsarət alıb. Xoşagəlməz olaydan sonra “Kayzer Çifs”in baş məşqçisi Stiv Kompela istefa verib.

 

Tarix: 26 Aprel 00:40    Oxunub: 584    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.