"Napoli"nin ulduzu addım-addım "Mançester Siti"yə doğru!

Premyer Liqada sona beş tur qalmış çempionluğunu elan edən  "Mançester Siti" transfer mövsümünü "Napoli"də çıxış edən Jorjinyo ilə açmağa hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, ispaniyalı jurnalist Xose Alvares Haya Jorjinyonun agenti Joao Santosun "Mançester Siti"nin futbol direktoru Txiki Beqiristainlə görüşdüyünü və transferin böyük ölçüdə bitdiyini bildirib.

 

 

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın israrla istədiyi 26 yaşlı Brazilya əsilli italiyalı yarımmüdafiəçinin "Mançester Siti"də Fernandinyoya əvəzləyicisi kimi alınacaq. "Napoli"də bu mövsüm ümumilikdə 35 oyuna çıxan Jorjinyo 4 qol və 4 assistlə yadda qalıb.

Tarix: 25 Aprel 08:12    Oxunub: 437    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.