“Neftçi” bəyanat yaydı: "Klubumuzun adından sui-istifadə edirlər”

Bu gün “Neftçi” bəyanat yayıb.

 

Sportinfo.az-ın paytaxt təmsilçisinin saytına istinadən məlumatına görə, mətbuatda yazılan transfer xəbərləri rəhbərliyi narahat edib.

 

Bu səbəbdən “ağ-qaralar” bəyanat yayaraq, həmin məlumatların həqiqətə uyğun olmadığını bildirib.

 

Bəyanatda deyilir: “Son vaxtlar kütləvi informasiya vasitələrində "Neftçi” PFK-nın transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir.

 

Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların "Neftçi” PFK ilə anlaşdığı haqda dezinformasiyalar yayır.

 

"Neftçi” PFK tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

 

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.

Tarix: 25 Aprel 19:00    Oxunub: 610    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.