Millimiz Gürcustana məğlub oldu - Türkiyədə "İnkişaf": İKİ FOTO

Türkiyənin Antaliya şəhərində keçirilən Beynəlxalq İnkişaf Turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız bu gün ikinci oyununa çıxıb.

 

Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 1:2 hesabı ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.


Aprelin 27-də keçiriləcək sonuncu oyunda komandamız Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.

 

Komandamız gürcülərlə oyuna aşağıdakı heyətlə çıxıb: Kamran Şabiyev, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Cəlal Hüseynov (k), Kamal Kazımov, Nihad Cəfərov, Mehrac Baxşəliyev, Ayxan Cabbarlı, Fərrux Fərzəliyev, Rəşad Həsənov, Vüsal Qənbərov. 
Oyuna sonradan qoşulublar: Ülvi Mədətov, Bəhruz Tanrıverdiyev, Vaqif Həsənov, Vüsal Vəliyev, Əbil Əbilov, Həsən Seyfullayev.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 25 Aprel 18:48    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.