Yarımçıq qalan "Fənərbağça" - "Beşiktaş" matçı ilə bağlı qərar

Türkiyə Futbol Federasiyası ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə baş vermiş hadisələrlə əlaqədar yarımçıq qalan "Fənərbağça" - "Beşiktaş" matçı ilə bağlı məsələyə baxıb. 

 

Sportinfo.az xəbər verir ki, görüşün 57-ci dəqiqədən etibarən - qaldığı yerdən davam etdirilməsinə qərar verilib.

 

Qarşılaşmanın qalan hissəsi boş tribunalar qarşısında davam etdiriləcək. Türkiyə Kubokunun aprelin 19-da keçirilmiş "Fənərbağça" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb.

 

Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər.

 

Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.

Tarix: 25 Aprel 16:48    Oxunub: 481    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.