"Sumqayıt" 4 ayın içində ÜÇ DƏFƏ BÖYÜYƏCƏK: "Söz veriblər"

«Stadionumuzda görülən işlər AFFA-nın dəstəyi ilə həyata keçirilir».
 
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın prezidenti Riad Rəfiyev deyib.
 
Onun bildirdiyinə görə, «Kapil Bank Arena»nın ərazisində 2 yardımçı meydança tikilir. Bura sırf əsas komandanın və akademiyanın məşqləri üçün nəzərdə tutulub.
 
Bir süni, digəri təbii ot örtüklüdü. Əsas meydançanın örtüyü isə mayın 20-dən sonra dəyişdirəcək. Qazon təbii otdan ibarət olacaq.
 
Sitat: «Bilirsiz ki, əsas meydançanın qazonunun dəyişdirilməsi ilə əlaqədar son dövrənin oyunlarını kənarda - paytaxtda keçirəcəyimiz düşünülürdü. Samir Abasovla bu məsələylə bağlı söhbət etdik və qərara gəldik ki, cari mövsümün sonunadək bütün ev oyunlarımızı “Kapital Bank Arena”da keçirək.
 
Komanda bura öyrəşib. Avrokuboklar uğrunda mübarizəmizin həlledici mərhələsi başlayıb. Çempionatda əsas rəqiblərimizdən "Qəbələ” və "Zirə"ni Sumqayıtda qəbul edəcəyk. Həmçinin "Səbail"i.
 
Hər xalın əhəmiyyəti böyükdü. Komandamız doğma divarlar arasında özünü çox yaxşı hiss edir və qələbəyə bir addım daha yaxın olur. Çünki hər dəfə stadion dolur, güclü azarkeş dəstəyimiz var.
 
İndiki məqamda Sumqayıtda oynamağın yerini heç nə verə bilməz. Güclü azarkeş dəstəyinə malik olduğumuza görə bu addımı atmalıydıq. Komandaya inamım böyükdü. Əminəm ki, uşaqlar sumqayıtlıları sevindirmək üçün əlindən gələni edəcək və yaranmış gözəl şansı dəyərləndirəcək. Necə deyərlər, bu gün hər şey futbolçuların öz əlindədi.
 
Həm əsas, həm də yardımçı meydançalar 4 aya hazır olacaq. İşi görən podratçılarla danışmışıq, söz veriblər ki, növbəti mövsümün əvvəlinədək hər 3 meydança klubun istifadəsinə veriləcək onu da deyim ki, "Kapital Bank Arena"da oturacaqların sayının artırılmasını nəzərdə tutmuşuq. İstəyirik ki, iki tərəfdən əlavə tribuna tikdirək. Onlar da sentyabrın əvvəlinədək hazır olmalıdı".
 
Tarix: 25 Aprel 20:36    Oxunub: 807    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.