"Qəbələ": "Yaxın 2-3 gün ərzində klubda bunu müzakirə edəcəyik"

Premyer Liqada XXVIII turun "Qəbələ" - "Qarabağ" oyununun yerinin dəyişdirilməsi planlaşdırılır. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

 

O bildirilib ki, Ağdam klubuna çempionluq kubokunun məhz həmin matçdan sonra təqdim edilməsi nəzərdə tutulur və bu məqsədlə görüşün yeri Bakıya - "atlılar"ın ev oyunlarını keçirdiyi "Azersun Arena"ya dəyişdirilə bilər (report).

 

Bəs "Qəbələ" ev oyununun səfər qarşılaşmasına çevirilməsinə razıdımı? "FutbolPress" bu sualı əyalət təmsilçisinin baş meneceri Zaur Əzizova ünvanlayıb. Klub rəsmisi yaxın 2-3 gün ərzində qərar veriləcəyini bildirib:

 

"Məsələ ilə bağlı PFL-lə şifahi danışığımız olub. Hələ son qərar verilməyib. Yaxın 2-3 gün ərzində klubda bunu müzakirə edəcəyik. Bundan sonra oyunun yerinin dəyişdirilib-dəyişdirilməyəcəyi dəqiq bilinəcək".

 

Hazırda ikinci pillədə olan "Qəbələ" "gümüş"ə əsas iddiaçıdı. Ancaq ola bilər ki, son tura qədər medal təmin edilməsin. Əzizov qərar verilərkən bunun da nəzərə alınacağını söyləyib:

 

"Dediyim kimi, hələ klub daxilində heç nəyi müzakirə etməmişik. Hər halda qərar verərkən bu da nəzərə alınacaq".

Tarix: 25 Aprel 20:24    Oxunub: 558    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.