"Söz verirəm, son damla qanımıza kimi mübarizə aparacağıq"

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Liverpul”a böyük hesabla (2:5) uduzan “Roma”nın futbolçusu Alessandro Florensi cavab matçındakı şanslarını dəyərləndirib.

 

Sportinfo.az xəbər verir ki, italiyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında cavab oyununun tam fərqli olacağını deyib:

 

“İlk 30 dəqiqədən sonra oyunumuzu itirdik, demək olar ölürdük, lakin bizi tam öldürmələrinə imkan vermədik. Cəsarət, qürur və ürəyimizlə artıq hər şey bitmiş kimi görünsə də, yenə şansımızı qoruyub saxlamağı bacardıq.

 

“Liverpul”un oyun tərzinə nəzər salsa, “Barselona” ilə müqayisədə daha çətin olacağını bilirik. Ancaq möhtəşəm oyun sərgiləməyə, sona kimi mübarizə aparmağa çalışmalıyıq.

 

Heç bir peşmanlıq yaşamamalıyıq. Azarkeşlərimizə bu forma üçün son damla qanımıza kimi mübarizə aparacağımıza və çox fərqli bir oyun sərgiləyəcəyimizə söz verirəm”.

Tarix: 26 Aprel 08:48    Oxunub: 414    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.