“Kəpəz”in iki komandası final mərhələsində çıxış edəcək

AFFA-nın aşağı yaş qrupları üzrə futbolçulardan ibarət komandalar arasında keçirdiyi Azərbaycan birinciliyində pley-off mərhələsinə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, “Kəpəz”in iki komandası Qərb-Gəncə regionundan 2017/2018-ci il mövsümünün final mərhələsinə vəsiqə qazanıb.

 

Belə ki, U-10 və U-14 komandaları bu mərhələdə klubumuzu təmsil edəcək. Həm 10 yaşlı, həm də 14 yaşlı futbolçularımız pley-offda Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təmsilçilərini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

 

U-10 komandasına Məhəmməd Məmmədov, U-14 komandasına İntiqam Səmədov başçılıq edir.

Tarix: 26 Aprel 00:50    Oxunub: 447    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.