“Barselona”nı yıxa biləcəyimizi hiss etdik, burda isə..."

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Liverpul”a böyük hesabla (2:5) uduzan “Roma”nın kapitanı Daniele De Rossi cavab matçındakı şanslarını dəyərləndirib.

 

Sportinfo.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi bundan öncəki mərhələdə “Barselona”ya ilk matçda 1:4 hesabıyla uduzsalar da, cavab oyununda 3:0 hesabıyla üstələyərək yarımfinala adlamalarını xatırladaraq, bunu yenə bacara biləcəklərini deyib:

 

“1/4 finalda etdiklərimizi təkrarlaya bilərik. Bu, bizə mümkün olduğunu göstərir. “Roma”nı sevənlər üçün inanmalı və sınamalıyıq. Bu qarşılaşma “Barselona” ilə səfər matçından fərqli idi.

 

Əsas fərq o idi ki, “Nou Kamp”da “Barselona”nı yıxa biləcəyimizi hiss etdik. Burda isə heç bir şey edə bilmədik.

 

Hələ 3 qola ehtiyacımız var. “Liverpul”la “Barselona” eyni səviyyədədilər. Buna görə, mümkün olduğunu bilirik. Bunu edə bilərik, çünki daha öncə bacarmışdıq”.

Tarix: 25 Aprel 18:36    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.