"Bir də gördüz, Kriştianu Ronaldonu da Bakıya gətirdik"

“Azərbaycan və Türkiyənin bayraqlarında ay-ulduz var.

 

Türkiyəni ay-ulduzla təmsil edən yeganə komanda “Beşiktaş”dı. Bu səbəbdən də düşünürəm ki, komandamız həm də Azərbaycanı təmsil edir”.


Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında Bakıda səfərdə olan “Beşiktaş”ın prezidenti Fikrət Orman deyib.

Tennis Akademiyasında adına təşkil olunan futbol turnirinin açılışını etmək üçün Bakıya gələn iş buradakı “Beşiktaş”lı azarkeşlərlə görüşüb. F. Orman görüş zamanı maraqlı fikirlər səsləndirib:


“Hədəfimiz dünyada 100 milyondan çox azarkeş toplamaqdı. Bu mənada Azərbaycan bizim üçün önəmli bir ölkədi. Burda günü-gündən böyüyürük”.


Orman sentyabr ayında “Beşiktaş”ı Bakıya gətirə biləcəyini də istisna etməyib: “Qismət olsa, komandanı sentyabrda Bakıya gətirəcəyik.

 

Yay aylarında isə burada “Qartal Yuvası” adlı mağaza açacağıq. “Beşiktaş” olaraq, dostumuz Azərbaycanda daha da inkişaf etmək istəyirik”.


"Real"ın ulduzu Kriştianu Ronaldo da gələn il Bakıya gələ bilər. Orman portuqaliyalı futbolçunu Azərbaycana gətirə biləcəyini istisna etməyib:

 

"Bu il Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdü. Bu münasibətlə sentyabrda Bakıda yoldaşlıq oyunu keçirəcəyik. Bir də gördüz, Ronaldonu da Bakıya gətirdik".

Tarix: 25 Aprel 18:12    Oxunub: 596    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.