"Qəbələ"dən daha bir "qızıl" gəlir: U-16 Liqasında - FOTO

Bu gün U-16 Liqasında «Zirə» - «Vətən» matçı ilə 29-cu tura start verildi.

 

Turun mərkəzi oyununda turnir cədvəlinin 2 və 3-cü pillələrində qərarlaşan «Zirə» ilə «Vətən» üz-üzə gəldilər.

 

Aviasiya Akademiyasının stadionunda keçirilən oyunda «Vətən» 3:0 hesabı ilə qalib gələrək 2-ci yerin şəriksiz sahibi oldu. Fərrux İsmayılovun komandasından qolların ikisini Tural Nəsirov, birini isə çempionatın bombardiri Emil Quluzadə vurdu.

 

Sabah U-16 Liqasında daha 3 oyun keçiriləcək. «Qəbələ» evdə «Qarabağ»ı məğlub edəcəyi halda çempionatın başa çatmasına 4 tur qalmış çempion adını qazanacaq.

 

Eynilə U-17 Liqasında olduğu kimi. Xatırladaq ki, bazar ertəsi U-17 Liqasında «Zirə»ni 3:0 hesabı ilə məğlub edən «Qəbələ» birinciliyin başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirmişdi. 29-cu tura cümə günü Sumqayıtda keçiriləcək «Sumqayıt» - «Keşlə» matçı ilə yekun vurulacaq.

 

26 aprel (cümə axşamı)

13:00 «Səbail» - «Neftçi»

(«Bayıl Arena»)

 

14:00 «Qəbələ» - «Qarabağ»

(Qəbələ şəhər stadionu)

 

14:00 «Turan» - «Kəpəz»

(Tovuz şəhər stadionu)

 

27 aperl (cümə)

14:00 «Sumqayıt» - «Keşlə»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

 

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Nemət Musayev, Mircəfər Əlizadə (hər ikisi «Kəpəz»), Veysəl Rzayev, Rüfət Əhmədov (hər ikisi «Qəbələ»), Şahmar Abbaszadə, Murad Həsənli (hər ikisi «Sumqayıt), Şirin Şirinov («Keşlə»).

 

Bombardir: Emil Quluzadə («Vətən») – 22 qol.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 25 Aprel 18:00    Oxunub: 564    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.