Samir Əliyev "Səbail" rəhbərliyinin ürəyini partladacaq

Premyer Liqada sonuncu pillənin aqibəti, əslində, bəllidi.

 

Klubların rəqabət imkanlarına hörmət xatirinə son iki pillədə yer almış komandaların son turlarda oyun qarfikini təqdim edirik: finiş dördturluğu üçün 7 xal heç də az deyil.

 

Üstəlik, «Səbail» ötən tur «Kəpəz»lə evdə minimalhesablı sülh bağlayaraq, debüt ilində sonuncu olmamaq üçün mühüm addım atıb.

 

Hərçənd bu məsələyə nöqtə qoymaq üçün debütant daha inamlı olaraq, qələbə uğrunda da döyüşə bilərdi. Mövsümün ötən dövrlərində bu komanda hələ bu qədər praqmatik oyuna meyilli olmamışdı. Bəlkə elə buna görə də bəzi məqamlarda ikili hisslər oyatdı. 


Dünən belə bir xəbər oxudum ki, "aslanlar" yeni mövsümdə də yola Samir Əliyevlə davam edəcək. Gənc mütəxəssis artıq yeni mövsümün heyətini formalaşdırmaq üçün qollarını çırmalayıb.

 

Bir çox futbolçunun komandadan gedəcəyi dəqiqdi. Yeni mövsüm iddialı kollektiv qurmaq istəyən çalışdırıcı sərəncamında istədiyi futbolçuları görməyi arzulayır.


Kimi gətirir gətirsin, «Səbail» indikindən fərqli oyun sərgiləməyəcək. Samir Əliyevdi o - «vur qabağa»dan başqa bir şey bilməyən Mister Bin.


İnsaf imkanın yarısıdı. «Səbail»in böyükləri qış fasiləsində imkan yaratdı ki, Əliyev komandanı gücləndirsin. Heç də pis legionerlər almayıblar. Yevgeni Koçukla Faruk Meyeni mən düşünmədən, tərəddüd etmədən «Qəbələ»də, «Neftçi»də, «Zirə»də oynadaram. İstənilən iddialı komandanı gücləndirəcək potensial var onlarda. 


Əliyev əlindəki arsenaldan səmərəli istifadə etmir. Bu heyətlə 20 yox, hardasa 30-35 xal yığmaq mümkün idi. Düzdü, inanmıram ki, «Səbail» son pilləyə ensin, ancaq yenə də mövcud vəziyyəti tamamilə təhlükəsiz də hesab etmirəm. İstənilən halda ehtiyatlı olmaq lazımdı.


Rəhbərliyin Əliyevin postunda saxlaması da bu qəbildəndi. Özünü mütəxəssislər sırasında görən Samir bəydə inkişaf dayanıb, daha getmir. Onunla işbirliyinin davam etdirilməsini mən «Jiquli»yə «Mercedes» motoru qoşub, ralli yarışında yer tutmağa inanacaq qədər sadəlövhlük hesab edirəm.

 

Əliyevlə ən yaxşı halda çempionatda qalmaq uğrunda mübarizə aparmaq olar. «Səbail» başbilənlərində ürək-göbək qoysa əgər.


VÜQAR 

Tarix: 25 Aprel 17:24    Oxunub: 681    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.