"Bu qoca harda özünü bizdən irəlidə görür? Xəstələnib – ürəyi pis olub”

Azərbaycan millisinin yoxlama oyununda Qazaxıstana rəqib olması qonşu ölkənin gündəmində bizim futbola marağı artırıb.

 

Sportinfo.az xəbər verir ki, qazaxıstanlı futbol azarkeşləri Azərbaycan futbolunun vəziyyətini, yığmalarının şanslarını müzakirə edirlər.

 

Bu arada Xəzərin o tayında idman mətbuatı Azərbaycan futbolu ilə bağlı yazılar dərc edirlər. Qazaxıstanın sports.kz saytı AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin "azerisport”a verdiyi müsahibəni öz oxucularına təqdim edib.

 

Əsasən Rusiya futbolunun ünvanına atmacaları ilə tanınan Tuayevin bu dəfəki sözləri qazax azarkeşləri özündən çıxarıb. Əslində elə belə də olmalıydı. Əvvəlcə veteran futbolçumuzun fikirlərindən bəziləri ilə tanış olaq:

 

"Azərbaycan futbolu daha çox inkişaf edib. Qazaxlar bizimlə heç vaxt eyni səviyyədə olmayıb. Biz onlara hörmət edirik, amma bu faktı qəbul etməlidilər. Onlar da son illərdə inkişaf etməyə başlayıblar”.

 

Xəbərin altına şərh yazan qazax azarkeşlər Kazbek Tuayevə etiraz etməklə yanaşı, onu ələ salıblar. Həmin şərhlərdən ikisini sizə təqdim edirik:


"Live” ləqəbli oxucu yazır: "Azərbaycan futbolu necə inkişaf edib? "Qarabağ” avrokubokların qrupuna əcnəbilərin sayəsində çıxır. Heç bir yetirmələri ölkə xaricində oynamır. Milli komandaları həmişə elə bizim kimi qrupda sonuncu olur. Axırıncı yoxlama oyununda da biz 1:0 qələbə qazanmışıq. Qoy boşuna "banlamasın”.

 

"Shumani”nin yazdıqları isə belədi: "SSRİ çempionatında "Kayrat” həmişə "Neftçi”ni udurdu. Bizim "Astana” onların "Qarabağ”ından əvvəl Çempionlar Liqasının qrupunda oynayıb. Ümumiyyətlə, "Şaxtyor” Avropa Liqasının qrupuna da onlardan əvvəl yüksəlib. Klub səviyyəsində geri qalmırıq. FİFA reytinqində də Azərbaycan bizdən geridədi. Bu qoca harda özünü bizdən irəlidə görür? Qoca xəstələnib – ürəyi pis olub”.

Tarix: 25 Aprel 17:12    Oxunub: 632    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.