Tudorun yeni iş yeri bilindi

Xorvat məşqçi İqor Tudor karyerasını İtaliyada davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis “Udineze” ilə anlaşıb.

 

Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə hazırkı baş məşqçisi Massimo Oddo ilə yollarını ayırmağa hazırlaşan Udine təmsilçisinin Tudorla anlaşdığı qeyd edilib. Xorvatla növbəti mövsümün sonuna kimi müqavilə bağlanıb.

 

“Udineze” Tudorun məşqçi karyerasında 5-ci klub olacaq. O, daha öncə “Hayduk”, PAOK, “Karabükspor” və “Qalatasaray”da çalışıb.

 

İtaliya A Seriyasının 34 turundan sonra hesabında 33 xal olan “Udineze” 20 komanda arasında 14-cü pillədə qərarlaşıb

Tarix: 25 Aprel 21:00    Oxunub: 462    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.