"Dünya yığma"sı Şəmkirdə futbol oynadı, Karlsen 6 qol vurdu

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.

 

Superturnirin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. 

 

Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda həmçinin "Shamkir Chess 2018" superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. 

 

Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsilə yekunlaşıb.

 

"Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə, norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub. Sonda qalib komanda kubokla mükafatlandırılıb.

 

Tarix: 25 Aprel 16:36    Oxunub: 520    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.