Ən çox qazanan futbolçular - Mövsümə 110 milyon qazanan kimdi?

2017/18 mövsümündə dünyanın ən çox qazanan futbolçusu və məşqçisi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bu haqda "France Football” məlumat yayıb.

 

Nəşrin məlumatına görə ən çox qazanan futbolçu Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi olub. 30 yaşlı forvardın maaş, bonus və reklam gəlirləri ümumilikdə 126 milyon avro olub.

 

O bu göstəricidə Portuqaliya millisinin və "Real"ın ulduzu Kriştiano Ronaldonu üstələyib. Madridlilərin superulduzu bu mövsüm ümumilikdə 94 milyon avro qazanıb. İlk "üçlüy"ü 81,5 milyon avro qazancla Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar qapayır.

 

Ən çox qazanan məşqçi isə Joze Mourinyodu. "Mançester Yunayted"in portuqaliyalı çalışdırıcısı 26 milyon avro qazanc əldə edib.

 

Çin millisinin italyalı baş məşqçisi Marçello Lippi 23, "Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone 22 milyon avro gəlirlə onu izləyirlər. "Real"ın fransız çalışdırıcı Zinəddin Zidan isə 21 milyon avro qazanıb.

Tarix: 25 Aprel 16:12    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.