“Neftçi”nin futbolçuları öz anası, bacısı üçün oynamır

"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun aparıcı üzvlərindən olan Bəhram Bağırzadə vaxtı ilə Müşahidə Şurasında üzvü olduğu "Neftçi"nin futbolçularını sərt şəkildə tənqid edib.

 

Sportinfo.az xəbər verir ki, o, "İnstaqram"da qoşulduğu canlı yayımda "Bakcell Arena"da keçirilən "Neftçi" – "Qəbələ" oyunundan gəldiyini xatırladıb.

 

Bəhram Bağırzadə çəkilişə görə Azərbaycan Premyer Liqasının oyununu erkən tərk etdiyini bildirib. O, qeyd edib ki, "Bakcell Arena"ya az sayda azarkeşlərin gəlməsinə səbəb "Neftçi" futbolçularının səriştəsizliyidir:

 

"Oyunda olarkən azarkeşlərin az gəlməsi barədə düşündüm. Oyuna bilet minimum 1, maksimum 5 manatdır. Ancaq cəmi 500 azarkeş stadionda vardı.

 

Bizim konsertlər isə 4 gün dalbadal keçirilir və hər dəfəsində də 2 min tamaşaçı gəlir. Halbuki bizdə konsertin qiyməti "Neftçi"nin oyunundakından yüksəkdir. Ən bahalı biletimiz 200 manatadır.

 

Azarkeşlərin stadiona az gəlməsinin səbəbi "Neftçi"nin futbolçularının öz var-yoxlarını meydanda qoymamalarıdır. Onların hamısı yox, 80 faizi öz anası, bacısı, şəhəri, komandası, ölkəsi üçün oynamır.

 

Əgər oynasaydılar, azarkeş də onların oyununa baxmağa gələrdi. Belə futbolçular gələcəkdə də ailəsinə, ölkəsinə faydalı insanlar olmayacaqlar".

 

Bu görüşdə "Neftçi" II pillədə olan "Qəbələ"ni 4-cü dəqiqədə kapitanı Ruslan Abışovun vurduğu qolla məğlub edib.

Tarix: 25 Aprel 15:48    Oxunub: 679    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.