Qapıçı yığmanın sabiq baş məqçisini məhkəməyə verdi

“Çelsi”nin qapıçısı Tibo Kurtua Belçika yığmasının sabiq baş məqçisi Mark Vilmotsu məhkəməyə verib.

 

Sportinfo.az xəbər verir ki,  26 yaşlı qolkiper bu barədə “Twitter” hesabında yazıb. 

 

Kurtua onu yığmanın matçlarından əvvəl heyətlə bağlı məlumat ötürməkdə ittiham edən mütəxəssisin qanun qarşısında cavab verəcəyini vurğulayıb.

 

“Vilmotsun mənim və atamın şərəfini təhqir etməsi, imicimi sual altına qoyması birinci dəfə deyil. Bu səbəbdən məhkəməyə üz tutmağa və təzminat tələb etməyə qərar verdik”, - Kurtua yazıb.

Tarix: 25 Aprel 15:12    Oxunub: 452    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.