"Qarabağ" "Roma"ya ruh verdi

"Roma" Çempionlar Liqasında (ÇL) qrup mərhələsində cari mövsümdə səfər oyunlarını başa vurub.

 

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq ilk yarımfinalda "Liverpul" tərəfindən darmadağın olunub - 2:5. 

 

Romalıların rəqib meydanında keçirdiyi matçlarla bağlı maraqlı göstərici diqqət çəkib. Belə ki, “canavarlar” ÇL-də mövsümboyu qrup mərhələsi də daxil olmaqla keçirdiyi bütün səfər oyunlarının yalnız birində qələbə sevinci yaşayıb. 

 

Bu da ötən ilin sentyabrın 27-də Bakıda “Qarabağ”la matçdı. "Roma" Bakı Olimpiya Stadionunda keçirilən həmin qarşılaşmada 2:1 hesabıyla qalib gəlib. İtalyanlardan 7-ci dəqiqədə müdafiəçi Konstantinos Manolas, 15-ci dəqiqədə Edin Dzeko fərqlənib.

 

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike 28-ci dəqiqədə "Roma"nın qapısına yol tapmaqla Azərbaycanın ÇL-in qrupunda ilk qolunun müəllifi kimi tarixə düşüb. 

 

Bu, romalıların cari turnirdə ilk səfər matçı idi. Bu matçdan sonra qrupda “Çelsi” (3:3) və “Atletiko” (0:2), 1/8 finalda “Şaxtyor” (1:2), 1/4 finalda isə “Barselona” (1:4) ilə qarşılaşan “Roma” rəqib meydanında qələbə üzünə həsrət qalıb. Komanda finala çıxsa belə, bu oyun, məlum olduğu kimi, neytral meydanda keçiriləcək. 

 

"Roma" səfərdə ən erkən qollardan birini məhz "Qarabağ"dan buraxıb. Daha erkən qolun müəllifi yalnız "Çelsi"nin braziliyalı müdafiəçisi David Luiz olub. Enrikenin həmyerlisi "Roma" ilə Londonda 3:3 hesabıyla nəticələnən qrup matçının 8-ci dəqiqəsində ilk qola imza atıb. 

Tarix: 25 Aprel 15:00    Oxunub: 539    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.