"Sponsorumuz maraqlıdı ki, diviziona, ordan da Premyer Liqaya qayıdaq“

Bir həftə öncə daha bir arenada yenidənqurma və əsaslı təmir işlərinə start verlib.

 

Söhbət Şövkət Orduxanov adına Qusar şəhər mərkəzi stadionundan gedir.

 

Belə ki, “Şahdağ”ın sponsoru olan «Azenco»»nun vəsaiti hesabına başlayan yenidənqurma işlərinin ilkin mərhələsində mövcud olan oturacaqların çox hissəsi sökülüb.

 

Aprelin 22-dən isə meydan və arenanın ərazisində olan digər tikililərin söküntüsünə başlanılıb. Buna səbəb qeyd olunan tarixdə Region Liqasının 11-ci turu çərçivəsində Qusar təmsilçisinin Quba "Şahdağ"ına qarşı mövsümün son ev oyununa çıxmasıydı.


Təbii örtüklü meydan, komandanın məskunlaşması üçün otel, klubun inzibati binası və başqa tikililər yeni mövsümdə birinci divizonu hədəfləyən komandanın ixtiyarına veriləcək. Bütün işlərin 4 aya yekunlaşması planlaşdırılır. Qusar Rayon İcra Hakimiyyəti də görülən işlərə dəstək verir.

 

“Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev Sportinfo.az-a bildirib ki, ötən yay stadionun durumu qənaətbəxş olmadığına görə klubun birinci divizionda iştirakına icazə vermədilər və Region Liqasında çıxış etməli oldu.

 

Yenidən birinci dəstəyə qayıtmaq, peşəkar komandaların arasında yer almaq üçün infrastruktura əl gəzdirilməliydi ki, klubun sponsoru bu addımı atdı. Meydança əvvəlki kimi təbii örtüklü olacaq.

 

Paltardəyişmə və hakimlər üçün nəzərdə tutulan otaqlar, tribuna və başqa yardımçı binalar da uzun illərdən sonra təmir olunacaq.

 

Bütün bunlarla yanaşı, “Şahdağ” üçün bazanın tikilməsi də nəzərdə tutulub. Plana görə bütün işlər sentyabr-oktyabr ayılarına kimi başa çatdırılmalıdı.


Əlibabayev sponrsor şirkətin təmir işləri ilə yanaşı, “Şahdağ”ın klub olaraq yenidən formalaşmasına da xüsusi diqqət ayırdığını bildirdi:

 

“Bu gün əsas komanda ilə yanaşı, aşağı yaş qruplarının fəaliyyət göstərməsinə də çalışırıq. Hazırda 5 yaş qrupu üzrə məşqlər keçirilir. Kəndlərdə də futbol bölmələri açmışıq ki, ordan uşaqlar seçə bilək.

 

Bütün bunlar mərhələli şəkildə görülür. İstəyimiz yenidən birinci dəstəyə dönmək, peşəkar klub kimi fəaliyyətimizi davam etdirməkdi. Sponsorumuz AFFA ilə danışacaq. Özləri də deyir ki, komandanın maliyyə vəziyyətini yaxşılaşdırmaq və divizionda çıxış etməsini istəyirik.

 

Görlüən işlərin hamısı bu məqsədlədi. Region LDiqasının maddi cəhətdən ən sabit iştirakçısı bizik. “Azenco“ maraqlıdı ki, “Şahdağ” əvvəlcə diviziona, ordan da Premyer Liqaya qayıtsın“.

 

Tarix: 25 Aprel 12:36    Oxunub: 926    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.