"Bu, Bakıda ən böyük problemdi"

“Bakı treki digər şəhər trasslarından fərqlənir.

 

Monako və Sinqapurla müqayisədə, orada ötmə əməliyyatı etmək üçün çoxlu sayda yer var”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Red Bull”un pilotu Daniel Rikkardo “Formula 1”in rəsmi saytına Azərbaycan Qran Prisindən bəhs edərkən deyib.

 

“Formula 1” üzrə növbəti Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək. Azərbaycanda ötənilki yarışın qalibi olan 29 yaşlı avstraliyalı pilot hesab edir ki, Bakı trekində əsas problem əyləclə bağlıdır:

 

“Orda əyləci sıxmalı olduğunuz çox nöqtələr mövcuddur. Lakin səhvlərə yer yoxdur. Bakıda ən çətin olan məsələ əyləclə sürməyə davam etməyin arasında ortaq məqamı tapmaqdır. Gedirsiniz, qarşınızda divar görünür.

 

İnstinktinin “əyləc, əyləc, əyləc” deyir. Əyləci mümkün qədər gec sıxmaq üçün özünüzə çox əmin olmalısınız.

 

Bu, Bakıda ən böyük problemdi. Ötənilki Azərbaycan Qran Prisi çoxları üçün çılğın oldu. Həmçinin, ötən həftə Şanxayda da komandaların yaxşı strategiyası vardı”.

Tarix: 25 Aprel 11:48    Oxunub: 440    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.