Bakıda dəlisov dünya ulduzu

“Bakıdakı ötənilki yarış bizim üçün unudulmaz oldu. Bu, dəlisov bir Qran-pri idi”.

 

Sportinfo.az xəbər verir ki, bunu “McLaren” pilotu Fernando Alonso “Formula-1”in rəsmi saytına Azərbaycan Qran-prisi haqqında danışarkən deyib.

 

37 yaşlı ispaniyalı sürücü bildirib ki, Azərbaycan Qran-prisi “Formula-1” təqvimində yeni olsa da, Bakı Şəhər Halqası pilotlar arasında əla trek kimi tanınır: “Bu, ilin ən sürətli və uzun şəhər trekidir. Ona görə də maşınlar və pilotlar üçün çətindi.

 

Amma bu, yarışın tərkib hissəsidir. Bakıdakı çıxışımızda radikal dəyişiklik gözləmirik. Buna rəğmən, hər yarışda bolidimiz barədə nəsə öyrənirik. Azərbaycan Qran-prisində maksimum xal toplamaq üçün əlimizdən gələni edəcəyik”.

 

Alonso 2016-cı ildə Azərbaycanda keçirilən Avropa Qran-prisinin səfiri olub. 2005 və 2006-cı illərdə dünya çempionu olmuş pilot ötən il Bakı mərhələsini 9-cu yerdə başa vurub.  “Formula-1” üzrə növbəti Azərbaycan Qran-prisi aprelin 27 – 29-da keçiriləcək.

Tarix: 25 Aprel 10:48    Oxunub: 499    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.