"Liverpul"lular Messi və Neymarın birgə nailiyyətini təkrarladı

"Liverpul"un futbolçuları Məhəmməd Salah və Roberto Firmino Çempionlar Liqasında (ÇL) Lionel Messi və Neymarın birgə nailiyyətini təkrarlayıblar.

 

Sportinfo.az xəbər verir ki, Salahla Firmino buna "Roma" ilə ilk yarımnfinal görüşündə hərəyə 2 qol vurduqdan sonra nail olub. 

 

Hazırda onların aktivində 10 qol var. Lionel Messi və Neymar da İspaniya "Barselona"sında 2014-2015 mövsümündə hərəyə 10 qola imza atmışdı. 

 

Həmin vaxt Kataloniya komandası ÇL-in qalibi olmuşdu. "Liverpul" isə "Roma"nı ilk görüşdə 5:2 hesabı ilə yenib. Cavab oyunu mayın 2-də İtaliya paytaxtında olacaq.

 

Bundan başqa Məhəmməd Salah avrokubok mövsümü ərzində qol sayında klub rekordu müəyyənləşdirib. 25 yaşlı hücumçu "Liverpul"da bir mövsümə 10 qol vuran ilk futbolçudu.

 

"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner isə məhsuldar ötürmə sayında ÇL-in rekordçusu olub. Onun yerinə yetirdiyi künc zərbəsindən sonra Firmino başla topu qapıya göndərib. Hazırda Milnerin aktivində qolla nəticələnən 9 ötürmə var. 

Tarix: 25 Aprel 10:36    Oxunub: 433    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.