"Hesab 5:1 və ya 5:0 olsaydı, daha xoşbəxt olardım"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalında “Roma” ilə keçirilən ilk oyundan (5:2) sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Klopp komandasının oyunundan razı qaldığını deyib.

 

O, oyundan əvvəl belə nəticə gözləmədiyini də vurğulayıb: “80 dəqiqə olduqca əla oyun göstərdik. Hesab 5:1 və ya 5:0 olsaydı, daha xoşbəxt olardım.

 

Amma bütün hallarda, komandamdan razı qaldım, futbolçularım əla oyun göstərdilər. Oyundan əvvəl hesabın belə olacağını təsəvvür etməzdim. Romaya da qələbə qazanmaq üçün gedəcəyik”.

Tarix: 25 Aprel 10:24    Oxunub: 424    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.