“Qarabağ” səpələnmişlər səbətində yer aldı: Çempionlar Liqası

Premyer Liqada sona 4 tur qalmış çempionluğu rəsmiləşdirən “Qarabağ” ölkəmizi növbəti mövsüm də Çempionlar Liqasında təmsil etməyə haqq qazanıb.

 

Sportinfo.az xəbər verir ki, yarışa I təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun artıq bəzi potensial rəqibləri bəllidi.


 
20,500 reytinq xalına malik olan “Qarabağ” bu mərhələnin güclülərindəndi və səpələnmişlər səbətində yer alıb. Qurban Qurbanovun komandası hazırda bu səbətdə yalnız Qazaxıstan təmsilçisi “Astana”dan geri qalır – 21, 750 xal.
 
Ümumilikdə, səpələnmişlər səbətinin 17 iştirakçısından 7-si dəqiqləşib. Danimarka və Kipr çempionları da burda yer alacaqlar.

 

Səpələnməmişlərin arasında da eynilə, 7 komandanın adı bilinir. Bunlar, həm də “Qarabağ”ın I mərhələdəki potensial rəqibləridi. Söhbət “Sutyetsa” (Monteneqro), “Suduva” (Litva), “Kork Siti” (İrlandiya), “Spartak” (Yurmala, Latviya) , “Valyur” (İslandiya), “Flora” (Estoniya) və “Torpedo”dan (Kutaisi, Gürcüstan) gedir. Ermənistan çempionunun da bu səbətdə yer alacağı bəllidi.
 
I təsnifat mərhələsinin 4 iştirakçısının isə hələlik səbəti müəyyənləşməyib. “Nyu-Seynts” (Uels), “Şkendiya” (Makedoniya), Valetta (Malta) və Vikinqur (Farer Adaları) da “Qarabağ"a rəqib ola bilərlər.
 
 
Çempionlar Liqası / I təsnifat mərhələsi

Səpələnmişlər
 
“Astana” (Qazaxıstan) – 21,750
“Qarabağ” (Azərbaycan) – 20, 500
BATE (Belarus) – 20,500
“Şerif” (Moldova) – 14,750
“Malmö” (İsveç) – 14,000
“Rusenborq” (Norveç) – 9,000
HİK (Finlandiya) – 8,000
Danimarka çempionu – 5,190-34,000
Kipr çempionu – 10, 000 – 27, 000
 
 
Səpələnməmişlər

“Sutyetsa” (Monteneqro) – 2,500
“Suduva” (Litva) – 2,000
“Kork Siti” (İrlandiya) – 1,750
“Spartak” (Yurmala, Latviya) – 1,750
“Valyur” (İslandiya) – 1,650
“Flora” (Estoniya) – 1,250
“Torpedo” (Kutaisi, Gürcüstan) – 1,000
Ermənistan çempionu – 0, 975 – 2,5000

 
Səbəti bəlli olmayanlar

“Nyu-Seynts” (Uels) – 5,000
“Şkendiya” (Makedoniya) – 3,500
Valetta (Malta) – 3,250
“Vikinqur” (Farer adaları) – 3,000

Tarix: 25 Aprel 10:12    Oxunub: 700    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.