Azərbaycan klubu məşhur futbolçuya məşqçilik təklif etdi

Çili millisinin sabiq futbolçusu İvan Samorano Azərbaycandan məşqçi kimi iş təklifi alıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə hazırda ABŞ telekanallarından birində şərhçi kimi çalışan keçmiş forvardın özü açıqlama verib.

 

O bildirib ki, Azərbaycanla yanaşı, Çinə də yollanmaq imkanı olub. Lakin 51 yaşlı mütəxəssis hələlik təklifləri cavabsız qoyub və məşqçi kimi debüt etmək istəməyib.

 

Samorano son klubu "Kolo Kolo"ya idman direktoru kimi də qayıda bilərmiş. Lakin ABŞ telekanalındakı öhdəlikləri onun komandada çalışmasını əngəlləyib.

 

İvan Samorano 1987 - 2001-ci illərdə oynadığı Çili yığmasında 69 qarşılaşmada 34 qol vurub. O, bir çox klubda, o cümlədən, İspaniya "Sevilya"sı (1990 - 1992) və "Real Madrid"ində (1992 - 1996), eləcə də İtaliya "İnter"ində (1996 - 2000) çıxış edib, 1998-ci ildə UEFA Kubokunu qazanıb.  

Tarix: 25 Aprel 10:00    Oxunub: 702    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.