Azərbaycanın iki boksçusu Avropa çempionatında finala çıxdı

Azərbaycanın iki boksçusu İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilən gənclər arasında Avropa çempionatında finala vəsiqə qazanıb.

 

Sportinfo.az xəbər verir ki, Vaqif Şirinovun baş məşqçi olduğu kollektivdən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Kası üstələyib - 5:0.

 

O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq. Nicat Həsənov (69 kq) isə yarımfinalda şotlandiyalı Samuel Hikkini 3:2 hesablı qələbə ilə mübarizədən kənarlaşdırıb.

 

Həsənov çempionluq uğrunda görüşdə rusiyalı Cambulat Bijamovla qarşılaşacaq. Final döyüşləri bu gün keçiriləcək.

Tarix: 25 Aprel 09:48    Oxunub: 420    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.