Yekaterina arzulayır ki... FOTO

Sosial mediada paylaşdığı şəkillərlə məşhurlaşan rusiyalı xanım hakim Yekaterina Kostyunina ən böyük xəyalının dünya çempionatında oyun idarə etmək olduğunu deyib.

 

Sportinfo.az xəbər verir ki, Rusiyanın ən cazibədar hakimi adlandırılan Yekaterina “Yenisey” klubunun azarkeşidi.

 

O, “Sputnik”ə müsahibəsində futbol sevgisinin məktəbdə oxuduğu zamanlardan yarandığını, əvvəl futbolçu olmaq istəsə də, sonradan hakimliyi seçdiyini deyib.

 

Hakimliyə yeni başlayan Yekaterina gələcəkdə mundialda fit çalmaq istədiyini bildirib. Rusiyada keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyən xanım hakim ölkəsinin millisinin qrup mərhələsini adlayacağına əmindi.

Tarix: 25 Aprel 01:00    Oxunub: 604    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.