Prezident "Arsenal"ın yeni baş məşqçisinin adını açıqladı

Arsen Vengerin mövsümün sonunda "Arsenal"dan ayrılıq qərarı verməsindən sonra "topçular"ın yeni baş məşqçisinin kim olacağı böyük maraqla gözlənilir.

 

Sportinfo.az xəbər verir ki, komandanın prezidenti İvan Qazidis yeni baş məşqçinin "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olan Mikel Artetanın ola biləcəyini deyib.

 

Arteta ilə yanaşı, Luis Enrike, Paulo Fonçeska, Brendan Rocers və Yulian Naqelsmann da London klubunun yeni baş məşqçisi adına namizəddir.

 

"Arsenal" azarkeşləri sosial şəbəkələrdə Artetanın yeni baş məşqçi olması iddialarına etiraz ediblər. Onlar komandanın gənc və təcrübəsiz mütəxəssisə tapşırılmasını istəmirlər.

 

36 yaşlı Arteta 2011/16-cı illərdə "Arsenal"da çıxış edib və karyerasını bu komandada başa vurub.

Tarix: 25 Aprel 00:50    Oxunub: 571    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.