3 klubumuzu Avropa Liqasında gözləyənlər

Avropa Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsində iştirak edəcək 32 komanda müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan klublarının da mübarizə aparacağı raundda ümumilikdə 86 iştirakçı yarışa qatılacaq və ilkin mərhələnin 8 qalibinə qoşulacaq.

 

Artıq I təsnifat mərhələsində iştirakı bilinən 32 komanda 13 ölkəni təmsil edir. Hələlik iştirakçılar səbətlərə bölünmədiyindən və Azərbaycan təmsilçilərinin səpələnib-səpələnmədiyi bilinmədiyindən bu 32 komandanın hər biri potensial rəqib hesab olunmalıdı.

 

Lakin onlardan 4-ü bu siyahıdan çıxa da bilər. Belə ki, Belarusda “Şaxtyor”la “Dinamo”, İsveçdə AİK ölkə kubokunun nəticələrini gözləyir.
 
Onlar Avropa Liqasına II təsnifat mərhələsindən başlamaq üçün mövsümü titulla başa vurmalıdı. Malta “Baltsan”ı isə əksinə, ilkin mərhələdən mübarizəyə qoşulmaq təhlükəsi ilə üz-üzədi.

 

Avropa Liqasında Azərbaycanı təmsil etməyə 5 namizəd var. Bunlar “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə”di (apasport.az).

 

Avropa Liqasının I təsnifat mərhələsinin iştirakçıları

“Dinamo”, “Şaxtyor” (hər ikisi Belarus), AİK, “Yurqoden”, “Heken” (hamısı İsveç), “Lillestryom”, “Molde”, “Sarpsborq” (hamısı Norveç), “Kayrat”, “Ordabası”, “İrtış” (hamısı Qazaxıstan), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Vestmannaeyar”, “Styarnan”, “Hafnarfyordur” (hamısı İslandiya), “KuPS”, “İlves”, “Lahti” (hamısı Finlandiya), “Dandalk”, “Şemrok Rovers”, “Derri” (hamısı İrlandiya), “Çixura”, “Dinamo” T, “Samtredia” (hamısı Gürcüstan), “Liepaya”, “Riqa”, “Ventspils” (hamısı Latviya), “Levadiya”, “Nomme Kalyu” (hər ikisi Estoniya), “Stimbras”, “Jalgiris” (hər ikisi Litva), “Baltsan” (Malta)

Tarix: 25 Aprel 00:30    Oxunub: 719    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.