Ramin Musayev: "Fikrimizdə var ki, çempionatda ən azı 10 komanda olsun"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibə verib.

 

Sportinfo.az sizi həmin müsahibə ilə tanış edir:



Növbəti mövsüm Premyer Liqada neçə komandanın iştirakı gözlənilir?
- Bu gün üçün dəqiq bir söz deyə bilmərəm. Yalan danışmaq istəmirəm. Fikrimizdə var ki, çempionatda ən azı 10 komanda olsun. Bu isə Premyer Liqaya vəsiqə qazana biləcək komandalardan asılıdır. Mən deyə bilmərəm ki, hansı komanda hazırdır. Klublarımız hazırdırsa, 8 yox, 14 komandalı çempionat da təşkil edə bilərik. Təki klublar vəsiqə qazanıb gəlsin. 

 

I Divizion komandalarından Premyer Liqada çıxış etmək üçün PFL-ə müraciət edənlər olub?  
- Hələlik rəsmi şəkildə müraciət etməyiblər. Şifahi formada "Turan Tovuz" da daxil olmaqla, hamısı deyir.  

 

Topaz Premyer Liqası və Azərbaycan Kubokunun qalibləri fərqli komandalardır. Bunu nəzərə alaraq, Superkubok matçı keçirəcəksiniz?  
- Superkubokla bağlı klublarımızda problem yaranır. Həmin oyun çempionata qədər keçirilməlidir. Çempionata qədər də klublar avrokuboklara hazırlaşır. Turnir cədvəlini birinci yerdə başa vuran komanda Çempionlar Liqasına, kubok sahibi isə Avropa Liqasına hazırlaşır. Lakin onlar mətbuata və bizə fərqli açıqlama verirlər. Mətbuata deyirlər ki, biz oynamağa hazırıq. Bizə isə deyirlər ki, Avropada oyunlarımız var, rəhbərlik önündə cavab verməliyik. Ona görə də ötən il Superkubokla bağlı qərar vermədik. Bu barədə çox fikirləşmədik. 

 

Bu məsələ ilə bağlı bu il klublara müraciət olunubmu? 
- Bu il Superkubokla bağlı danışıqlar olmayıb. İkinci komanda hələ də bəlli deyil. Hazırda "Qəbələ" və "Keşlə" komandalarına Superkubokla bağlı heç nə deyə bilmərik. Finaldan sonra da müraciət etməyi düşünmürük. 

 

"Qarabağ"a çempionluq kuboku nə vaxt təqdim olunacaq? 
- "Qarabağ"ın çempionluq kuboku da son turda veriləcək. 

 

Komanda kuboku "Qəbələ"nin meydanında qaldıracaq? 
- Qarabağ"ın mükafatı doğma azarkeşləri önündə almasından ötrü "Qəbələ"dən oyunu Bakıda keçirməsini xahiş edə bilərik (sportnet.az).

Tarix: 25 Aprel 00:20    Oxunub: 834    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.