İlham Zəkiyev Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Türkiyənin Antalya şəhərində Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

 

Sportinfo.az xəbər verir ki, 38 yaşlı idmançı ilə yanaşı, Azərbaycanın daha 5 cüdoçusu fəxri kürsüyə yüksəlib.

 

Kişilərin yarışında Hüseyn Rəhimli (81 kq) qızıl, Orxan Qarayevlə (60 kq) Kənan Abdullaxanlı (90 kq) bürünc medala sahib olublar.

 

Qadınlarda isə Sevda Vəliyeva (52 kq) qızıl, Səbinə Abdullayeva (57 kq) isə bürünc medal əldə edib. 

Tarix: 25 Aprel 00:10    Oxunub: 387    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.