Ronaldo qol vurandan sonra formasını çıxaranda...

Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşacaq “Bavariya”nın müdafiəçisi Jerom Boatenq rəqib komandanın hücumçusu Kriştiano Ronaldo barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, müdafiəçi UEFA-ya açıqlamasında Ronaldonun güclü idmançı olduğunu onun zəif cəhətinin olmadığını deyib:

 

“Kriştiano möhtəşəm idmançıdı. Qol vurduqdan sonra formasını çıxaranda bu aşkar görünür. Onun nə isə zəif cəhəti olduğunu düşünmürəm.

 

“Real” çox güclü hücuma, balanslaşdırılmış yarımmüdafiəyə və yaxşı müdafiə xəttinə malikdi. Məhz buna görə onlar ardıcıl iki il Çempionlar Liqasını qazanıblar.
 

 

Lakin biz öz gücümüzə inanırıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Həmişə Ronaldo kimi güclü futbolçulara qarşı oynamağı arzulamışam. Bu, özünü təkmilləşdirmək baxımından əvəzsizdi”.

Tarix: 25 Aprel 00:00    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.