“Günü sabah “Barselona”ya qayıdaram, ordan zəng gəlsə”

PSJ-nin futbolçusu Dani Alveş “Barselona” karyerasını unuda bilmir. 

 

Sportinfo.az xəbər verir ki, Alveş “Barselona”nı doğma evi sayır.

 

Alveş “Barselona”da 2008-2016-cı illərdə çıxış edib. O, yenidən Kataloniya klubunda çıxış etməyin əleyhinə deyil.

 

Braziliyalı müdafiəçi deyib ki, zəng gəlsə, günü sabah “Barsa”ya qayıdar: “Mənə “Barselona”dan ayrılmaq çox çətin idi.

 

Çünki “Barsa”nın tarixinin ən güclü klubu olması yönündə mən də çox əmək sərf etmişdim. 8 ildə 23 titul qazanmışdım. Heç kimin gözləmədiyi zirvəyə yüksəlmişdik.

 

Klubdan ayrılarkən vida mərasimi təşkil etmək istədiklərini dedikdə, bundan imtina etdim. Çünki “Barselona” mənim evim idi.

 

Bu məntiq də deyir ki, sənin vidalşamaq üçün heç bir əsasın yoxdu. Günü sabah “Barselona”ya qayıdaram, ordan zəng gəlsə”.

Tarix: 24 Aprel 21:00    Oxunub: 600    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.