“Qarabağ”ın son 12 oyununda 2-dən artıq qol vurulmur - NİYƏ?

Dünya ölkələrinin müxtəlif liqalarında çıxış edən klubların davam edən ən uzun seriyalarının siyahısı açıqlanıb.

 

Sportinfo.az-ın məlumatına görə, Topaz Premyer Liqasında qeydə alınan bəzi nəticələr də fərqli göstəricilər üzrə “onluğ”a düşüb.

 

Azərbaycan çempionu “Qarabağ”ın son 12 oyununda 2-dən artıq qol vurulmur. Bukmekerlərin dili ilə desək, “menşe” gətirən Ağdam klubu ötən il noyabrın 26-da “Zirə” üzərində səfər qələbəsindən (3:2) sonra bol qollu matçlardan uzaqdı.

 

“Qarabağ” bu göstəricidə hazırda dünya ikincisidi. Yalnız İtaliya “Syena”sı daha çox – 13 oyundu “menşe”yə meyllidi.

 

6 qat Azərbaycan çempionu son 3 oyunda “Səbail”, “Kəpəz” və “Sumqayıt”a eyni – 1:0 hesabı ilə qalib gəlib. Bu matçlardakı qolların hamısı 1-ci hissəyə təsadüf edib. “Qarabağ” ikinci hissəni qolsuz keçirən komandaların “10-luğ”una da düşüb. Ağdamlılar bu göstəricidə 3-10-cu yerlərə şərikdi.

 

Oyunların fasiləsindən sonra 0:0-ları sıralayanların lideri isə “Kəpəz”di. Gəncə təmsilçisinin son 4 oyununda ikinci hissədə qol qeydə alınmayıb. Qərblilər bu nəticədə CAR-ın “Supersport” klubu ilə şərikli rekordçudu.

 

“Qarabağ”ın “menşe” meyli müdafiəsinin etibarlılığı ilə bağlıdısa, “Kəpəz”in dərdi qol vurmaqla izah olunur. Elə buna görə də gəncəlilər daha bir göstəricidə “onluq”da yer alıb.

 

Qərb klubunun özü 56 oyundu 2-dən çox qol vura bilmir. Bunların 24-ü cari mövsümə, 28-i 2016/17 mövsümünə təsadüf edib. “Kəpəz” azarkeşlərinin bir görüşdə 3 və ya daha çox sevinclə ayağa qalxmasına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub. 2016-cı il mayın 7-də səfərdə “Xəzər Lənkəran”ı 3:0 hesabı ilə yenən “Kəpəz” 23 aydı belə məhsuldarlığın həsrətindədi.

 

Bu uzun seriya hazırda dünyanın 10-cu uğursuzluğudu. 1-ci yerdə isə 138 matçdı 2-dən çox qol vurmayan Türkmənistan “Daşoquz”u qərarlaşıb (apasport).

Tarix: 24 Aprel 20:24    Oxunub: 469    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.