Davakar Maksimov rəqib qapıçını da vurubmuş...

“Keşlə” və “Qəbələ”nin ölkə kubokunun finalına yüksəlməsi Ukrayna mətbuatında da geniş işıqlandırılıb ki, bu da başadüşüləndi.

 

Sportinfo.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi məhz ukralnalı mütəxəssislərdi.

 

Yuri Maksimovun “Sumqayıt”la oyunda Bəxtiyar Həsənalızadəni vurması ukraynalı həmkarlarımızı keçmişə qayıtmağa məcbur edib:

 

“Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaışmasında futbolçusuna qarşı kobudluğa dözməyən Maksimov rəqib oyunçunu vurduğuna görə texniki zonadan uzaqlaşdırlıb. Bu yerdə Yuri Vilyeviçin məşqçiliyə başladığı ilk illəri yada salmamaq olmur.

 

O ÇSKA – “Dinamo-2” qarşılaşmasında rəqibin qapıçısı Aleksandr Rıbkaya da gücünü nüayiş etdirmişdi. Həmin komanda artıq fəaliyyətini dayandırıb, ancaq hər iki şəxs yenə iş başındadı. 


Yaşananlara münasibət bildirən Maksimov “insidentə görə üzr istəyirəm. Mən həmin an futbolçuları sakitləşdirmək istəyirdim. Kobud qayda pozuntusuna görə Sezar rəqibi vursaydı, qarşısında “qırmızı” görəcəkdi və finalı buraxmaq məcburiyyətində qalacaqdı” söyləyərək, vəziyyətdən çıxamağa çalışıb.

 

Meydanda nələrin yaşanmasından asılı olmayaraq, Maksimovun “Keşlə”si “Sumqayıt” səddini aşıb finala vəsiqə qazandı ki, orda onları Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ” gözləyir.


“Qəbələ” isə “Akhisarspor”un durumunda idi. Evdə 1:2 uduzmalarına baxmayaraq, cavab görüşündə qalib gəlib finala çıxmağı bacardılar. Artıq 9-cu dəqiqədə “Neftçi” Dmitri Bezotosnının qoruduğu qapıdan qol keçirdi. Bundan sonra toparlanan qonaqlar meydan sahiblərini 3 dəfə məyus etdilər.

 

Yeri gəlmişkən, “Qəbələ” əvvəlki illər və aylarla müqayisədə son vaxtlar daha az sayda ukraynalıların xidmətinə ehtiyac duyur. Hazırda “qırmızı-qaralar”ın düşərgəsində Bezotosnı və Vitali Vernidubdan başqa ukraynalı yoxdu.

 

İkinci isə kubok qarşılaşmasında meydana çıxmamışdı. Maksimovun isə sərəncamında ümumiyyətlə, ukraynalı futbolçu yoxdu. Əvəzində “Neftçi”də Kiril Petrov var ki, “Qəbələ” ilə matçda 90 dəqiqə meydanda mübarizə aparmaqla yadda qaldı”.

Tarix: 24 Aprel 19:48    Oxunub: 504    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.