"İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam"

"Özümü çox yaxşı hiss edirəm və inanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib.

 

Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur. Ölkəsinin mətbuatına danışan albaniyalı futbolçu Ağdam klubundakı gələcəyindən də söz açıb: "Artıq 8 ilə yaxındı ki, "Qarabağ"dayam. Burada özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir".

 

Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: "Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdır. Dayanmaq istəmirəm, çünki hələ ki, bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".

Tarix: 24 Aprel 18:12    Oxunub: 432    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.