Qədim futbol məktəbi - “Vətən”in bu günü-sabahı - LAYİHƏ

Sportinfo.az “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?” mövzusunda layihənin icrasını davam etdirir. Bu dəfə üz tutduğumuz istiqamət "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi, müsahibimiz isə bu məktəbin direktoru Mustafa Həsənov oldu.

 


Əsası uzaq 1967-ci ildə qoyulan və Təhsil Nazirliyinin balansında olan bu uşaq futbol məktəbində hal-hazırda 2 süni örtüklü stadion, 95 tədris qrupu və 39 məşqçi-müəllim fəaliyyət göstərir. 50 illik tarixi olan “Vətən” cari mövsüm ilk dəfədir ki, bütün yaş qrupları üzrə keçirilən liqalarda komanda ilə təmsil olunur. Yarım əsrlik mövcudluğu olan məktəbdə futbola baxış bucağı artıq dəyişib. Bunu direktorla söhbətdə anladım.

 

Premyer Liqa, Əvəzedicilərin çempionatı və Birinci Divizion istisna olmaqla, “Vətən”in şərəfini liqalarda (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19) 9 komanda qoruyur.

 

U-10
1  Vətən RİOEUG      14    14    0    0    95    14    81    42
2  Neftçi PFK            14    12    1    1    78    17    61    37
3  Əlincə FK              14    12    0    2    67    11    56    36

 

U-11
1  Qarabağ FK         14    13    1    0    100    14    86    40
2  Vətən RİOEUG    14    12    0    2    92    16    76    36
3  Neftçi PFK           14    11    2    1    85    19    66    35

 

U-12
1  Zirə FK               15    12    3    0    34    14    20    39
2  Qarabağ FK         15    9    3    3    36    14    22    30
3  Vətən RİOEUG    15    9    2    4    34    14    20    29

 

U-13
1  Rəvan FK            13    9    3    1    30    7    23    30
2  Vətən RİOEUG    13    9    2    2    29    7    22    29
3  İnter PİK             13    8    2    3    27    9    18    26

 

U-14
1  Neftçi PFK          13    13    0    0    57    11    46    39
2  Vətən RİOEUG    12    10    0    2    50    16    34    30
3  Qəbələ İK            13    9    1    3    40    5    35    28

 

U-15
1   Qəbələ           13    12    1    0    42-4    37
2   Vətən             14    11    2    1    40-13    35
3   Neftçi             14    8    4    2    36-11    28

 

U-16
1  Neftçi               12    10    2    0    40-7    32
2  Qarabağ           13    10    0    3    37-9    30
3  Qəbələ             13    8    1    4    40-9    25
4  İnter                 11    7    2    2    27-12    23
5  Vətən               12    7    2    3    22-12    23

 

U-17
1  Qarabağ            14    12    2    0    50-8    38
2  Qəbələ              15    12    2    1    48-4    38
3  Neftçi PFK         15    11    3    1    53-5    36
4  Vətən                 15    11    2    2    47-7    35

 

U-19
1  Qarabağ            16    13    2    1    65    7    58    41
2  Qəbələ              16    12    4    0    48    5    43    40
3  Neftçi                16    11    3    2    53    8    45    36
4  Zirə                   16    12    0    4    53    16    37    36
5  Vətən                15    9    1    5    26    25    1    28

 

Turnir cədvəllərinə nəzər saldıqda “Vətən”in çıxışlarını yaxşı hesab etmək olar. Məktəbin komandaları ən pis halda ilk "5-lik"də qərarlaşıblar. Nəzərə alaq ki, məktəb peşəkar futbol klubu deyil. Bununla belə, Mustafa Həsənov geniş söhbətdə bildirdi ki, qarşıya yüksək hədəflər qoyulub, həyata keçiriləcək layihələrdən sonra məktəb Avropa standartlarına tam cavab verəcək.

 

Mustafa müəllim, ilk olaraq məktəbinizin fəaliyyəti ilə bağlı nə deyə bilərsiz?
- Bilirsiz ki, bizim futbol məktəbi Təhsil Nazirliyinin strukturuna daxildir. AFFA ilə əməkdaşlıq edən məktəbimiz eyni zamanda Gənclər və İdman nazirliyinin təhsil qaydalarına uyğun formada fəaliyyət göstərir. Özəl, peşəkar klublardan fərqli olaraq, məşqçilərimiz burada dərsləri konkret olaraq saat hesabı keçirlər. Bu formada, öz iş prinsipimiz çərçivəsində fəaliyyət göstərməklə yanaşı, müntəzəm olaraq Azərbaycan və xaricdə təşkil olunan mötəbər, beynəlxalq turnirlərdə də iştirak edirik. Məktəbimizdə və bizim sistemə daxil olub başqa yerdə faəliyyət göstərən infrastrukturlarımızda ümumilikdə 1700-ə yaxın uşaq futbolla məşğuldur. Özümüzün iki bazamız var, tam yüklü olduğu üçün başqa yerlər - orta məktəblərin ərazilərində olan bəzi idman meydançalarını da istifadəyə götürmüşük. Bizdə təməl qrupları da mövcuddur, lakin rəsmi olaraq məşqlər 9 yaşlı uşaqlardan başlayır. Hal-hazırda məktəbimizdə 9 yaşdan 18-19 yaşa qədər komandalarımız var, futbolla məşğul olan kütlə formalaşdırmışıq. Bunların içərisindən bizim Məşqçilər Şurasının seçdiyi ən güclü uşaqları bir klub şəklində formalaşdırıb ölkə çempionatına, Bakı şəhər birinciliyi, beynəlxalq yarışlar, eləcə də Azərbaycan ərazisində təşkil olunan digər turnirlərinə buraxmışıq. Məşqlərimiz konkret həftəlik dərs yükü üzrə bölünüb, bütün normativlərə əməl etməyə çalışırıq. Eyni zamanda dünya və Avropa klublarının müasir, qabaqcıl təlim-məşq sistemlərindən yararlanaraq çatışmazlıqları aradan qaldırmaq üçün işlər görürük. Bu istiqamətdə hələlik ilkin addımlar atılıb, zamanla nəticələrini görəcəyik. Əməkdaşlığa cəlb etdiyimiz məşqçilərin əksəriyyəti Bədən Tərbiyə və İdman Akademiyasını bitirmiş, FİFA və UEFA-nın qaydalarına uyğun olaraq müxtəlif lisenziyaları almış insanlardır. Çalışırıq ki, işdə keyfiyyət olsun. Çünki bundan bizim uşaqlarımız-balalarımız yararlanırlar. Onların gələcəkdə keyfiyyətli futbolçu olmaları üçün təməl bazası düzgün sistem üzrə qurulmalıdır. Bu mənada məşqçilərimizin təhsili, savadı, dünya görüşü, təcrübəsi bizə çox önəmlidir. Konkret sistem qurulub düzgün məşq keçilsə, qarşıya qoyulan layihələr plan üzrə tətbiq edilsə, bundan ən çox bəhrələnən və qazanan uşaqlar olacaqlar. Uşaqlarımızın sayının kifayət qədər çox olmasına rəğmən, hamısını ölkədaxili və beynəlxalq turnirlərdə, birinciliklərdə, Təhsil Nazirliyinin daxili yarışlarında iştirak şansı qazanıb təcrübə toplamaları üçün mümkün olanı edirik. Əlbəttə, tək məşqlə kifayətlənməklə nəyəsə nail olmaq mümkün deyil. Belə deyək, iş gedir, qayda-qanun, təlimatlar normal tətbiq edilir, ancaq təbii, buna maksimum uyğunlaşmaq, tam riayət etmək üçün zamana ehtiyacımız var. Maksimal effekt üçün respublika və nazirlik səviyyəsində lazım olan dəstəyi alırıq, son illər Azərbaycanın idman ölkəsinə çevrilməsi məsuliyyət və istəyimizi xeyli artırıb, lakin tələsmirik. Zamanla qarşıya qoyulan istənilən məqsədə çata bilərik. Hər bir işdə nöqsan var, problem var, çatışmazlıqlar var, diqqətimizdən hansısa məsələ yayına bilər, bunu danmaq olmaz. Əlbəttə, işə ürəklə yanaşanda bəhrəsini də görmək mümkündür və buna görə inanıram ki, bütöv kollektiv olaraq qarşıya qoyulan məqsədlərə doğru uğurla addımlaya biləcəyik. Məktəbin bütün personalında bu istəyi, həvəsi, işə ürəkdən can yandırmağı, məsuliyyəti görürəm.

 

Kifayət qədər böyük bir məktəbə rəhbərlik edirsiz, 1500-1700 uşağın “Vətən”in nəzdində futbolla məşğul olması sizin üçün çox məsuliyyətli bir iş deməkdir. Azərbaycanda elə klublar var ki, 80-90 uşağın öhdəsindən gələ bilmir, yəni, bu uşaqların futbolçu olmaqdan əlavə, sağlam bir fərd-şəxsiyyət kimi yetişməsi, təhsil alması, nizam-intizama və peşəkarlıq qaydalarına əməl olunmasında çoxlu problemlərlə qarşılaşırlar. Sizdə isə say çoxluğunu nəzərə alsaq, məsuliyyətin 10-15 qat artıq olduğunu görərik. Bütün bunların müqabilində işin öhdəsindən gəlmək nə qədər çətin, yaxud asandır?
- Əlbəttə, düzgün qeyd edirsiz. Ancaq bir məqamı deyim, peşəkar və ya özəl klublardan fərqli olaraq, bizim məktəbdə futbolla məşğul olan uşaqların sayına uyğun məşqçi-müəllimlərimiz, təlimatçılarımız, həkimlərimiz, psixoloqlarımız var. Məktəbə qəbul ilkin olaraq tibbi personaldan başlayır. Uşaqların sağlamlığını bir-bir yoxlamaq üçün kifayət edəcək tibbi personalımız fəaliyyət göstərir. Bizdə uşaqların sayının çoxluğu, məncə, bundan xəbər verir ki, tarixi sovet vaxtına söykənən “Vətən”də sistem birbaşa futbolun  kütləviliyinə hesablanıb. Sabah-birigün bu uşaqların sayı 2000-ə də çata bilər. İnfrastrukturumuz imkan verdiyi qədər uşaq cəlb edəcəyik. “Vətən” məktəbdənkənar təhsil müəssisəsi sayılır. Yəni, burada futbolla məşğul olan uşaqların heç birinin təhsilində, məktəbdə davamiyyətində problem ola bilməz. Çünki bütün bunları nizamlayırıq, uyğun proqrama əsasən fəaliyyət göstəririk. Əgər uşaqlarımızdan kimlərsə yığma komandalara dəvət alarlarsa, təlim-məşq toplanışlarımız, yaxud səfər oyunlarımız olarsa, bu zaman biz onların təhsil aldıqları orta məktəblərə rəsmi şəkildə müraciət edib icazə alırıq. Başqa halda o uşaqların futbolla məşğul olmalarının orta təhsilə heç bir təsiri yoxdur. İnanın, uşaqlarımızın çoxunun nəinki dərsə davamiyyəti yüksəkdir, əksəriyyəti hətta dərs əlaçısıdır.

(ardı var)

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Elvin ƏHƏD

Tarix: 8 Fevral 20:45    Oxunub: 1380    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.