Qurban Qurbanovun köməkçisinin qızı atasının üzünü güldürdü

Futbol üzrə Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızı Lala Kramarenko Bakıda keçirilən “AGF Junior Trophy” beynəlxalq turnirində halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.

 

Sportinfo.az xəbər verir ki, 14 yaşlı idmançı Milli Gimnastika Arenasındakı turnirdə Rusiya yığmasının heyətində birinci yerə layiq görülüb.

 

O, 17,750 xalla rəqiblərini qabaqlayıb. Bu yarışda Azərbaycan idmançısı Dərya Farşbafşəhriyari 15,600 göstərici ilə üçüncü yeri tutub.

 

Yığmanın daha bir üzvü Nərminə Səmədova topla hərəkətlərdə gümüş medal qazanıb. O, 16,050 göstərici ilə ikinci yeri tutub. Birinci yerə isə 17,650 göstərici ilə rusiyalı Darya Trubnikova çıxıb.

 

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003 - 2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda mübarizə aparırlar.

 

Azərbaycan millisi ilk yarış günündə komanda hesabında bürünc medal qazanıb. Dərya Farşbafşəhriyari və Arzu Cəlilova bütün alətlər üzrə çıxışlarının nəticəsinə əsasən ümumilikdə 89.250 xal toplayaraq, üçüncü yeri tutublar. 

 

Tarix: 24 Aprel 16:24    Oxunub: 620    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.