Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi bilindi

2017/2018 mövsümündə dünyanın ən çox qazanan futbolçusu müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bu, Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messidir 

 

30 yaşlı forvardın əmək haqqı, bonus və reklam gəlirlərində əldə edəcəyi ümumi qazanc 126 milyon avrodu.

 

Siyahıda ikinci yerdə Portuqaliya yığmasının və İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. Onun qazancı 94 milyon avro təşkil edir. “Üçlüy”ü Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar qapayır – 81,5 milyon avro.

 

Analoji reytinqdə məşqçilər arasında ilk pilləni İngiltərənin “Mançester Yunayted” komandasının sükanı arxasında olan Joze Mourinyo tutur. Portuqaliyalı mütəxəssisin qazancı 26 milyon avrodu.

 

Çin millisinin italiyalı baş məşqçisi Marçello Lippi 23 milyon avro ilə ikinci sıradadır. Üçüncü yerdə isə İspaniya “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeone qərarlaşıb. Onun gəliri 22 milyon avrodu. “Real”ın sükanı arxasında olan fransalı Zinəddin Zidan isə bir mövsümə 21 milyon avro qazanır.

Tarix: 24 Aprel 15:12    Oxunub: 371    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.