Millimizin eks futbolçusu Moskvada: Onu 2 zirehli avtomobil və "spesnaz" qoruyur

36 yaşlı "qanuni oğru”, kriminal dairələrdə "Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanov Moskvaya gedib. 

 

Bu barədə "Praym Kraym” agentliyi xəbər yayıb.

 

O, məşhur "qanuni oğru” "Lotu Quli” ləqəbli Nadir Salifovaqarşı bütün gücləri səfərbər etməyə çalışır. Agentlik öz mənbələrinə istinadən bildirir ki, "Hacı Beyləqanski” Moskvanın iri ranqlı biznesmenləri ilə görüşür, həmyerlilərini "Lotu Quli” ilə qarşıdurmada öz tərəfinə çəkir.

 

"Hacı Beyləqanski” "qanuni oğru” titulunu mərhum kriminal avtoritet, "Lənkəranski” ləqəbli Rövşən Canıyev vasitəsi ilə alıb. Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnərək qətlə yetirilib.

 

Canıyevin ölümündən sonra Kaluqa şossesində yerləşən Moskvanın ən böyük topdan və pərakəndə ərzaq satışı mərkəzi "Food Sity”də ona aid olan obyektlər, onun əmisi oğlu Zaur Əhmədova keçib.  


"Qisas üçün Zaur Əhmədov öz çoxmilyonluq varidatını qurban etməyə hazırdı və hazırda "Hacı Beyləqanski”yə aktiv kömək göstərir”, – deyə "Praym Kraym”a danışan mənbə bildirir.

 

Bununla yanaşı, Hacı Moskvada 2 zirehli avtomobil ilə təmin olunub və onun təhlükəsizliyini nüfuzlu "FQUP” mühafizə şirkətinin köhnə "OMON”çulardan təşkil olunan əməkdaşları qoruyur.


Sportinfo.az xatırladır ki, "Hacı Beyləqanski” keçmiş futbolçudu.

 

O, hazırda "Sumqayıt"ın akademiyasında çalışan Vaqif Paşayevin yetirməsidi. Vaxtilə Bakı "Real"ında futbolun sirlərini öyrənən Talıbxanlı yeniyetmələrdən ibarət yığmamızın da formasını geyinib.

 

Gürcüstanda keçirilən beynəlxalq turnirdə U-16-nın şərəfini qoruyub. Yaşıdları arasında istedadı ilə seçilən hücumçu onlarla əlaqəni kəsməyib. Əsas millinin bir neçə il öncə Dubayda keçirdiyi yoxlama görüşlərini stadiondan izləyib.

Tarix: 24 Aprel 15:00    Oxunub: 717    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.