"Kim qələbəmizi istəyirdisə, onlar da bu təbrikə layiqdi"

Sporttinfo.az "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin müsahibəsini təqdim edir: 

 

Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən oyunda "Sumqayıt"a qalib gəldiz

- "Qarabağ" azarkeşlərini təbrik edirəm. Kim qələbəmizi istəyirdi, onlar bu təbrikə layiqdi, həmçinin də biz. Əsas sevindirici məqlamlardan biri o oldu ki, Çempionlar Liqasına vəsiqə qazandıq. Baxmayaraq ki, qızıl medalları özümüz üçün təmin etmişik, qarşıdakı oyunlara da ciddi yanaşacağıq".

 

Çempion olmaq "Qarabağ" üçün adiləşib?
- Mən belə deməzdim. Adiləşmək deyə bir şey yoxdu. Bu il hətta fərqli oldu. Ölkə çempionatı ilə yanaşı Çempionlar Liqasının qrup mərəhləsində mübarizə apardıq. Bu matçda da, "SUmqayıt" bizə çətinlik yaratdı. Premyer Liqada zəif rəqib yoxdu.

 

Final fitindən sonra sanki sevinciniz bir o qədər hiss olunmadı...
- (gülür) Çempion olacağımızı gözləyirdik. Bəlkə bu səbəbdən sevincimiz bir o qədər görünmədi. İnşallah, kuboku başımızın üzərinə qaldıranda sevincimizi görərsiniz.

Tarix: 24 Aprel 14:48    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.