"Qarabağ" sentyabrın 15-də "Beşiktaş"la qarşılaşacaq

"Beşiktaş" bu il Azərbaycana səfər edəcək.

 

Sportinfo.az xəbər verir ki, "qara-qartallar"ın ölkəmizə səfəri sentyabr ayında reallaşacaq.  

 

İstanbul klubu ölkəmizə səfər çərçivəsində "Qarabağ"la dostluq oyunu keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda reallaşacaq. Oyunun sentyabrın 15-də keçirilməsi planlaşdırılıb.

 

Bir neçə gün öncə ölkəmizdə səfərdə olan klubun prezidenti Fikret Orman yerli mətbuata açıqlamasında bildirib: "Azəbaycana səfər çərçivəsində dostluq oyunu keçirəcəyik və rəsmi mağazamızın açılışını edəcəyik.

 

"Beşiktaş" inkişaf edir və əlbəttə ki, bizim qarşımızı kəsmək istəyənlər var. Bizimlə meydanda rəqabət etməlidirlər. Həm komandamız, həm də ölkəmiz üçün mübarizə aparacağıq".

Tarix: 24 Aprel 13:24    Oxunub: 443    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.