"Neftçi"ni narazı salaqn hakim: "Sən öz başının çarəsini qıl, məndən narahat olma"

"Neftçi" Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə oyununda meydandan qovulan Emin Mahmudovla bağlı AFFA-ya müraciət edib.

 

Paytaxt təmsilçisi görüşün 63-cü dəqiqəsində yarımmüdafiəçiyə göstərilən 2-ci sarı vərəqənin ləğv olunması üçün apellyasiya şikayəti verib.


"Qəbələ" ilə oyunun 19-cu dəqiqəsində ilk xəbərdarlığını alan Mahmudov ikinci hissənin ortalarında rəqib komandanın hücumçusu Baqali Daboyla ikili mübarizə zamanı matçın baş hakimi İnqilab Məmmədov tərəfindən 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.

 

Halbuki referi həmin epizodda Kiril Petrova «sarı» göstərsəydi, hardasa anlayış göstərmək olardı. Çünki ukraynalı müdafiəçi fransız rəqibinə qarşı bir qədər sərt oynamışdı.

 

Mahmudovun meydandan uzaqlaşdırılması absurd qərar idi və indi ona da baxmaq lazımdı ki, matçın hakim-inspektoru Xaqani Məmmədov hməsoyadına neçə bal yazıb.


Məmmədovlar yalnız familyaları yaxın etmir. Onlar həqiqətən bir-birinə bağlıdı. X.Məmmədov eyni zamanda AFFA Hakimlər Komitəsinin sədridi və İnqilabı daim qabağa çəkib.

 

Adıçəkilən hakim rüşvətsevər sədrinə o dərəcədə arxayındı ki, hansısa inspektorun ona aşağı bal yazması vecinə də deyil. Munis Abdullayevə dediyi sözü federaiyada bilməyən yoxdu.

 

Abdullayev inspektoru olduğu oyunların birində İnqilabda səhv tutub, aldığı cavabı isə siz də eşidin: «Sən öz başının çarəsini qıl, məndən narahat olma. Məni heç kim cəzalandıra bilməz».

 

SPORTİNFO.AZ

 

Tarix: 24 Aprel 13:12    Oxunub: 557    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.