Sonra deməyin ki, millimizdə yaxşı futbolçu yoxdu - VİDEO

Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” də doğma meydanda millimizin digər üzvü Toğrul Eratın çıxış etdiyi “Duysburq”la üz-üzə gəlib.

 

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:1. Erat bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

Dmitri isə bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 83-cü dəqiqədə məhz Nazarov vurub.

 

Hazırda “Aue” 39 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıbsa, “Duysburq” 41 xalla 10-cudu.

 

Tarix: 24 Aprel 12:36    Oxunub: 787    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.